“HƏMAS-ı heç vaxt terror təşkilatı kimi tanımayacam”- ƏRDOĞAN

“HƏMAS-ın tamamilə məhv edilməsinin İsrail üçün qeyri-real ssenaridir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Təl-Əviv planlarına yenidən baxmalı və iki müstəqil dövlət yaratmaq lehinə seçim etməlidir. Ərdoğan hesab edir ki, bu halda Qəzza zolağının problemləri və qarşılıqlı təhdidlər öz-özünə aradan qalxacaq.

Eyni zamanda Türkiyə prezidenti HƏMAS-ı terror təşkilatı kimi tanımaqdan imtina edib. O, heç vaxt belə bir addım atmayacağını bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.