“HƏMAS-ın məhvi üçün Qəzza əhalisi məhv edilməlidir, bu mümkün deyil”- LAVROV

“Qəzza zolağının dağıdılması və iki milyon sakinin oradan qovulması uzun onilliklər üçün fəlakət yaradacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər Qəzza dağılarsa, İsraildə və xaricdə bəzi siyasətçilərin dediyi kimi, iki milyon insan oradan qovulsa, bu, əsrlər olmasa da, uzun illər, onilliklər üçün fəlakət yaradacaq”, – Lavrov qeyd edib.

O, həmçinin Qəzzada blokadada olan əhalinin xilası üçün humanitar proqramların elan edilməsinin vacibliyinə toxunub.

XİN rəhbəri deyir ki, SAXAL-ın Fələstinin HƏMAS hərəkatını məhv etmək planları Qəzzanı və onun ərazisindəki mülki əhalinin əksəriyyətini tam məhv etmədən mümkün deyil.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.