HƏMAS Putini təbrik etdi- AÇIQLAMA

HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Vladimir Putini beşinci müddətə seçilməsi münasibətilə təbrik edib.

Azpsot.info xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalında yayılan məlumatda deyilir.

“HƏMAS siyasi bürosunun rəhbəri Haniyə Vladimir Putinə yenidən Rusiya prezidenti seçilməsi münasibəti ilə təbrik məktubu göndərib”, – məlumatda qeyd olunur.

Haniyənin sözlərinə görə, o, Rusiyanın Fələstin xalqını dəstəkləyən mövqeyini yüksək qiymətləndirir: “HƏMAS Rusiya ilə dostluq əlaqələrini gücləndirməyə və birgə əməkdaşlıq yollarını genişləndirməyə ümid edir və prezidentə uğurlar arzulayır”.

Azpsot.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.