HƏMAS Qəzzada hakimiyyəti təhvil verməyə razılaşdı

Fələstinin əsas siyasi qruplaşmaları, o cümlədən HƏMAS, Qəzza zolağında hakimiyyəti texnokratlar komitəsinə təhvil vermək barədə razılığa gəliblər.

AzPost AFP-ə istinadən xəbər verir ki, bu razılaşma 24 oktyabrda Qahirədə keçirilən görüşdə əldə edilib.

Danışıqlardan sonra verilən açıqlamada bildirilir ki, “müstəqil texnokratlar tərəfindən təşkil edilən müvəqqəti Fələstin Komitəsi “ərəb qardaşları və beynəlxalq qurumlarla əməkdaşlıqda həyat təminatı və əsas xidmətlərin göstərilməsi məsələlərini” həll edəcək.
AFP mənbəyinin məlumatına görə, bundan əlavə, HƏMAS Qahirədə Fələstin Milli Azadlıq Hərəkatının (FƏTH) rəhbərliyi ilə görüş keçirib. İllərdir mübahisəli olan təşkilatlar indi Qəzza zolağında müharibəyə son qoymaq planının ikinci mərhələsini (bölgədə hakimiyyət dəyişikliyini nəzərdə tutur – red.) müzakirə edərək, görüşləri davam etdirmək və İsrail hökumətinin yaratdığı çətinliklər qarşısında “Fələstin daxili cəbhəsini təşkil etmək üçün işləmək” barədə razılığa gəliblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.