HƏMAS Trampın planına razılıq verdi –Qəzzanın idarəçilyindən çəkilir: Girovlar azad ediləcək

HAMAS hərəkatı ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı təklif etdiyi plana cavabını vasitəçilərə təqdim edib.

Bu barədə “əl-Cəzirə” telekanalı hərəkatın yüksək rütbəli mənbəsinə istinadən məlumat yayıb.

“HAMAS prezident Trampın planına cavabını vasitəçilərə təqdim edib”, – mənbə ətraflı məlumat vermədən bildirib.

HAMAS hərəkatı Donald Trampın Qəzza sülh planına cavabını vasitəçilərə təqdim etdiyini təsdiqləyib.

Hərəkat anklavda saxlanılan bütün canlı israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə hazır olduğunu bildirib.

“HAMAS ABŞ prezidentinin qeyd etdiyi plana uyğun olaraq və mübadilə üçün uyğun mühitin təmin edilməsi şərti ilə bütün canlı girovları azad etməyə və ölülərin cəsədlərini qaytarmağa razıdır”, – hərəkatın “Telegram” kanalında dərc olunan bəyanatda deyilir.

Hərəkat üzvləri bu məsələni müzakirə etmək üçün dərhal vasitəçilər vasitəsilə danışıqlara keçməyə hazır olduqlarını vurğulayıblar.

Təşkilat həmçinin Qəzzanın idarəçiliyini müstəqil siyasətçilərdən ibarət Fələstin hakimiyyətinə təhvil verməyə razı olduğunu açıqlayıb.

HAMAS hərəkatı silahları yalnız gələcək Fələstin dövlətinin rəhbərliyinə təhvil verməyə hazırdır.

Bunu hərəkatın siyasi bürosunun üzvü Musa Əbu Mərzuq deyib.

“Biz Fələstin Dövlətinə silah təhvil verəcəyik və onlar Qəzza zolağına birbaşa rəhbərlik edənlərin əlində olacaq”, – o bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.