HƏMAS yenidən İsrailə böyük sayda raketlərlə hücum edib

Fələstinin radikal HƏMAS hərəkatı oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan bəri İsrailin Təl-Əviv şəhərinə ən güclü raket hücumunu həyata keçirib.

TASS-ın məlumatına görə, İsrailin mərkəzində yerləşən daha bir neçə şəhər HƏMAS tərəfindən raket atəşinə tutulub.

HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının qeyd etdiyi kimi, İsrail ərazisini atəşə tutması mülki əhalinin öldürülməsinə cavab olaraq həyata keçirilib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.