“Hər şey çox gözəl olacaq” deyən də saxlanıldı –VİDEO

Berkay Gezgin
Berkay Gezgin

2019-cu ildə seçki kampaniyası zamanı Əkrəm İmamoğluna “Hər şey çox gözəl olacaq, Əkrəm abi” deyə səslənməsi ilə tanınan Berkay Gezgin həbs edilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı vəkil Cəmil Çiçək sosial media hesabında paylaşım edib.

“Hər şey çox gözəl olacaq” sözünün memarı təəssüf ki, həbs olundu. 22 yaşlı gənc tutuldu. Onun son cümləsi belə oldu: “Xahiş edirəm, məni unutdurmayın”. Biz heç vaxt unutmayacağıq, heç vaxt unutdurmayacağıq! Hər şeyə rəğmən, hər şey çox gözəl olacaq!”,-vəkil bildirib.

Məlumata görə, gəncin həbs olunmasına əsas səbəb “Qanuna zidd toplantı və yürüşlərə silahsız şəkildə qatılaraq, xəbərdarlığa baxmayaraq özbaşına dağılışmamaq” ittihamı olub.

Gənc fəal həbsi ilə bağlı etdiyi çıxışda aşağıdakı sözləri səsləndirib:

“Bu dava siyasi. Karar ne olursa olsun biz suçsuzuz. Bizi burada əsassız saxlayıblar. Vətənini, millətini sevən, haqqını arayan 21-22 yaşındakı Türk gənclərini həbsə atırlar. Bu yaşadığımız tablo gülünç və qorxuncdur. Her şey çox güzel olacak – yalnız mübarizə aparsaq. Əgər sussaq, heç nə gözəl olmayacaq.”

Xatırladaq ki, Gezgin, 2019 İstanbul Böyükşehir Bələdiyyə seçkiləri zamanı Əkrəm İmamoğlunun avtobusuna səslənərək “Əkrəm abi, hər şey çox gözəl olacaq!” deyib. Əkrəm İmamoğlu isə sonradan bu sözləri seçim şüarı kimi istifadə edib. Bu şüar 2019-cu ildən bəri istifadə olunur. Universitet tələbəsi olan Berkay Gezgin Anadolu Universitetində təhsil alır.

Qeyd edək ki, Hazırda həbsdə olan İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi və saxlanmasına etirazlar martın 19-da başlayıb. 19-23 mart tarixlərində keçirilən aksiyalarda 1133 nəfər saxlanılıb. Aksiyalarda 123 polis yaralanıb.


Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.