“Tramp və Putinin Alyaska danışıqları Ukrayna üçün nə atəşkəs, nə də sülh gətirdi“.
AzPost bildirir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri, Almaniyanın ABŞ və Böyük Britaniyadakı keçmiş səfiri Volfqanq İşinqer deyib.
“Real irəliləyiş yoxdur. Hesab 1:0 Putinin xeyrinə oldu. Yeni sanksiyalar yoxdur. Ukraynalılar üçün heç nə yoxdur. Bu, Avropa üçün son dərəcə məyusedicidir”, – deyə o, Alyaskadakı görüşün nəticələrini şərh edərkən X-də yazıb.
Çexiyanın xarici işlər naziri Yan Lipavski isə Rusiya prezidentinin bəyanatlarını təbliğat cəfəngiyyatı” adlandırıb. O, sosial şəbəkələrdə yazıb: “Putin dövlət televiziyasının təbliğ etdiyi “münaqişənin kökləri” ilə bağlı eyni təbliğat cəfəngiyyatını dilə gətirib. Problem rus imperializmidir, ukraynalıların azad yaşamaq istəyi deyil”.
Almaniya hökuməti sammitin nəticələrinə təmkinlə reaksiya verib. Bu barədə dpa agentliyi hakimiyyətə yaxın mənbələrə istinadən xəbər verir. Onların sözlərinə görə, Almaniya kansleri Fridrix Merz danışıqların bütün təfərrüatları barədə davamlı olaraq məlumatlandırılıb.