Hesablama Palatası 869 milyon manat pulun silindiyini üzə çıxarıb

Hesablama Palatası

869 milyon manatlıq vəsait aktivlərin tanınması üçün xərclənib. Bizim yoxlamalar zamanı məlum olub ki, heç həmin aktivlər tanınmayıb, sadəcə, pul silinib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, bununla bağlı təşkilatların qurumların qarşısında şərt qoyublar və bu vəsait büdcəyə bərpa olunmalıdır: “Çünki bu vəsait dövlət büdcəsindən ayrılıb ki, müəyyən iş həyata keçirilsin”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.