Hesablama Palatası AzTV-də yoxlama aparıb –Sədr auditin nəticələrini açıqladı

“Biz cari ildə Azərbaycan “Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində maliyyə hesabatlarının auditini aparmışıq”.

Bunu APA-ya açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V. Gülməmmədov deyib ki, audit nəticəsində bəzi maliyyə pozuntuları aşkarlanıb: “Bununla bağlı məsələ Hesablama Palatası Kollegiyasında müzakirə olunub, müvafiq Kollegiya qərarı qəbul edilib. Kollegiya qərarında AzTV rəhbərliyinə bəzi tədbirlərin həyata keçirilməsi tövsiyə olunub, bəziləri haqqında ciddi qərar qəbul olunub. Bunlar, əsasən, televiziyanın inkişafı ilə bağlı institusional məsələlərin həllidir. Maliyyə hesabatlarında bəzi gəlir və xərclərin təhrif olunması nəzərə alınaraq, o hesabatlara yenidən baxılması tövsiyə olunub. Televiziya işçilərinin əməkhaqqı və qonorar sistemi ilə bağlı yol verilmiş bəzi pozuntuların dövlət büdcəsinə bərpası, ümumiyyətlə, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanmasını tövsiyə etmişik. Bununla yanaşı, QSC-nin gəlirlərinin, xüsusən reklamdan əldə olunan gəlirlərin şəffaflaşması ilə bağlı tədbirlərin görülməsini də Kollegiya qərarında qeyd etmişik. Müvafiq vaxt verilib, bizdə olan məlumata görə, televiziya rəhbərliyi bu sahədə tədbir görülməsinə başlayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Prezidenti Türk Dünyasının Ali Nişanı ilə təltif edilib

Sonrakı məqalə

Hesablama Palatası ilk dəfə YAP-da audit keçirib –