Azərbaycan Prezidenti Türk Dünyasının Ali Nişanı ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Nişanı ilə təltif edilib.

Bu gün İstanbulda Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyasının Ali Nişanını Azərbaycan dövlət başçısına təqdim edib.

Eyni zamanda, Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçib, Türkiyə təşkilatın sədri elan edilib.

Qeyd edək ki, Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına sədrlik edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir