Hesablama Palatası ilk dəfə YAP-da yoxlamalara başladı

Hesablama Palatası Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamalara başlayıb.

Azpost.info bildirir ki, bu barədə unikal.org məlumat yayıb. Saytın əldə etdiyi məlumata görə, yoxlamalar partiyanın 5 illik fəaliyyəti dövrünü əhatə edir. Palata bu dövr ərzində YAP-ın fəaliyyətini təftiş edəcək.

Xatırladaq ki, həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub.

Qeyd edək ki, Hesablama Palatası ilk dəfədir ki, Yeni Azərbaycan Partiyasında yoxlamalar həyata keçirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir