Heydər Əliyev Fondu KXCP sədrinin müalicəsini öz üzərinə götürüb

19 May 2021 - 13:45

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.

Bu barədə APA-ya M. Mirəlioğlu özü məlumat verib.

Partiya sədri bildirib ki, artıq Fonddan ona zəng edib maraqlanıblar: “İndi həkimlər göndərirlər”. Qeyd edək ki, M. Mirəlioğlu və ailə üzvləri COVID-19-a yoluxub, hazırda ev şəraitində müalicə alırlar.