Heydər Əliyev Fondu Şuşada rəsm və xalça qalereyasını təmir edir

02 İyun 2021 - 13:53

Heydər Əliyev Fondu Şuşa şəhərində hazırda daha bir layihə həyata keçirir.

Fonddan verilən məlumata görə, şəhərdə Yaradıcılıq Mərkəzi, Rəsm qalereyası və Xalçaçılıq qalereyasının bərpa-təmir işləri aparılır.

Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada Molla Pənah Vaqifin məqbərəsinin bərpasını həyata keçirir.