Heydər Əliyev prospektində sürət həddi dəyişdirildi –

BNA-nın müraciəti təmin olundu
17 Yanvar 2020 - 10:08

Bu gündən Heydər Əliyev prospektində (metronun “Koroğlu” stansiyasından Mərdəkan şossesinə qədər) yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə maksimum sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endirilib.  

Bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət həddi müvafiq olaraq tənzimlənir. Belə ki, digər zolaqlar üzrə də sürət həddi 10 km/saat endirilib. İndiyədək Heydər Əliyev prospektində (metronun “Koroğlu” stansiyasından Mərdəkan şossesinə qədər) maksimum sürət həddi 120 km/saat olub.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib.