Heydər Əliyev Mərkəzi İran bayrağına “büründü” –Virusdan zərərçəkən dövlətlərə dəstək aksiyası (FOTO)

Aprelin 7-də Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olunub.

Bu barədə Trend-ə Heydər Əliyev Mərkəzindən məlumat verilib.

“COVID-19” pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur.

Bununla Heydər Əliyev Mərkəzi “COVID-19″un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Polisi əhaliyə müraciət etdi:

Sonrakı məqalə

Tramp jurnalistə cavab vermədi: