Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Heydər Əliyev Fondu Vatikan xəstəxanası ilə memorandum imzalayıb

User 10 Sentyabr 2025 - 13:23 (Last updated: 10 Sentyabr 2025 - 13:23)
fond

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

İmzalanma Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Müqəddəs Taxt-Taca səfəri çərçivəsində baş tutub. Sənədi Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Bambino Gesu xəstəxanasının rəhbəri Tiziano Onesti imzalayıblar.

Anlaşma memorandumu çərçivəsində Avropanın ən böyük pediatrik tibb müəssisəsi ilə təlim-tədris proqramlarının həyata keçirilməsi, molekulyar genetika və fərdi tibbi yanaşma sahəsində birgə tədqiqatların aparılması, eləcə də Azərbaycanda müalicəsi mümkün olmayan mürəkkəb klinik halların Bambino Gesu ilə birgə diaqnostikası və müalicəsi nəzərdə tutulur. Əməkdaşlığın əsas istiqamətlərini Azərbaycanda pediatriya sahəsində çalışan tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, molekulyar genetika, klinik diaqnostika və nadir xəstəliklər sahəsində birgə elmi və klinik fəaliyyətlərin təşkili, habelə genom diaqnostikası və fərdi tibbi yanaşmaların ölkəmizdə tətbiqinin genişləndirilməsi təşkil edir.

1869-cu ildə əsası qoyulan Bambino Gesu xəstəxanası hazırda uşaq xəstəlikləri üzrə Avropanın ən böyük xəstəxanası və tədqiqat mərkəzi, eyni zamanda, bütün növ uşaq orqan, hüceyrə və toxuma transplantasiyasını yerinə yetirmək üçün səlahiyyətli Avropa mərkəzlərindən biridir. Xəstəxana, həmçinin 40-dan çox ölkənin iştirak etdiyi nadir xəstəliklər üçün ən böyük qlobal məlumat bazası olan “Orphanet”in İtaliyadakı qərargahıdır.

AzPost.az

Post navigation

Previous: Bu ilin 8 ayında qiymətlər 7 faiz artıb
Next: İçməli su üzrə sayğaclaşma 100 faiz olacaq

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.