Heyvan bazarları bağlandı- alıcılar balıq və toyuq ətinə yönəldi

Son vaxtlar bir sıra ölkələrdə heyvanlar arasında təhlükəli yoluxucu xəstəliklərin yayılması Azərbaycandakı heyvan bazarlarının fəaliyyətinə də təsir edib. AzPost xəbər verir ki, bu səbəbdən ölkədə fəaliyyət göstərən bir çox heyvan bazarları müvəqqəti olaraq bağlanıb.

Mütəxəssislərin sözlərinə görə, yaranan vəziyyət ət bazarında da dəyişiklik yaradıb. İstehlakçılar mal ətinə nisbətən balıq və toyuq ətinə daha çox üstünlük verməyə başlayıblar. Hazırda xüsusilə balıq bazarında canlanma müşahidə olunur, toyuq satışları da əvvəlki dövrlərlə müqayisədə artıb.

Alıcılar bildirirlər ki, xəstəliklə bağlı xəbərlərdən sonra mal əti almaqdan çəkinirlər. “Baha olsa da balıq alıram. Xəstəlikdən qorxuram, amma balıq da ucuz deyil. 13 manata balıq ətidir, mal əti isə 20 manata satılır”, – deyə bir alıcı qeyd edib.

Ekspertlər hesab edirlər ki, bu meyl uzunmüddətli olsa, ənənəvi mal bazarlarının fəaliyyətinə və gələcək inkişafına da mənfi təsir göstərə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.