Hidayət Heydərov finalda rəqibi Fransa idmançısı Gaba Benjamin ilə üz-üzə gəlib.
Hidayət əlavə vaxtda ipponla qalib gələrək Olimpiya çempionu olub.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.
Qeyd edək ki, cüdo yarışlarına bu gün yekun vurulacaq.