Hikmət Hacıyev və Ceyhun Bayramov Litva, Avstriya və Rumıniya XİN başçıları ilə görüşüb

25 İyun 2021 - 13:28

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Litva, Avstriya və Rumıniya XİN başçıları ilə görüşüb.

Bu barədə Azərbaycan XİN başçısı “Twitter”də bildirib.

“Azərbaycanda səfərdə olan Avstriya xarici işlər naziri Şallenberq, Rumıniya xarici işlər naziri Auresku və Litva xarici işlər naziri Landsberqis ilə maraqlı fikir mübadiləsi apardıq. Regional təhlükəsizlik məsələləri, əməkdaşlıq perspektivləri və Aİ ilə əlaqələr barədə danışdıq”, – Ceyhun Bayramov qeyd edib.