Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb.
Bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat verib.
Prezidentin köməkçisi bildirib: “Hörmətli izləyicilər! Mənim adıma “Twitter”də @hikmet_hajiyev və “Telegram” kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl “Instagram” və “Facebook”da belə saxta profillər yaradılıb. Mənim yalnız “Twitter”də @HikmetHajiyev adlı hesabım vardır”.
Daha bir tvitdə Azərbaycan Prezidentinin köməkçisi onun adına açılan saxta profildən Ermənistan XİN-nin səhifəsində şərhlər yazılmasını da qeyd edib: “Erməni təbliğat maşını mənim adımdan belə saxta profillər yaradır və sonra Ermənistan Xarici İşlər Nazirliyinə şərhlər yazır. Bu cəfəngiyyatdır”.