Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb –FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adına sosial şəbəkələrdə saxta profillər yaradılıb.

Bu barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat verib.

Prezidentin köməkçisi bildirib: “Hörmətli izləyicilər! Mənim adıma “Twitter”də @hikmet_hajiyev və “Telegram” kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl “Instagram” və “Facebook”da belə saxta profillər yaradılıb. Mənim yalnız “Twitter”də @HikmetHajiyev adlı hesabım vardır”.

Daha bir tvitdə Azərbaycan Prezidentinin köməkçisi onun adına açılan saxta profildən Ermənistan XİN-nin səhifəsində şərhlər yazılmasını da qeyd edib: “Erməni təbliğat maşını mənim adımdan belə saxta profillər yaradır və sonra Ermənistan Xarici İşlər Nazirliyinə şərhlər yazır. Bu cəfəngiyyatdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teledərslərin noyabrın 2-nə olan cədvəli

Sonrakı məqalə

Böyük Britaniyada koronavirusa yoluxanların sayı bir milyonu ötüb