Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Hikmət Mirzəyev və Kərəm Mustafayev Türkiyə nümayəndə heyəti ilə görüşüb

Orkhan Ali 10 May 2024 - 17:12 (Last updated: 21 May 2025 - 20:15)
663e1bf57b535663e1bf57b5361715346421663e1bf57b533663e1bf57b534

Türkiyə Respublikasının Milli Müdafiə Universitetin nümayəndə heyətinin “Xarici tədris gəzintisi” çərçivəsində ölkəmizə səfəri başa çatıb.

Tükiyəli qonaqlar səfər çərçivəsində Quru Qoşunlarını və Əlahiddə Ümumqoşun Ordunu ziyarət ediblər.

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qardaş ölkə ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti, həmçinin işğaldan azad edilmiş ərazilərimizi ziyarət edib və burada dislokasiya olunan hərbi hissələrdə olub.

Qonaqlara işğal dövründə Ermənistan silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.

Komando və digər hərbi hissələri ziyarət edən türkiyəli nümayəndə heyəti hərbi qulluqçular üçün yaradılan şərait, eləcə də bölmələrimizin arsenalında olan döyüş texnikaları ilə tanış olublar.
Sonra hərbi qulluqçularla görüş keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqlar torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşlərdə uğurla iştirak edən bölmələrin keçdiyi döyüş yolu haqqında geniş məlumatlandırılıb.

Daha sonra türkiyəli nümayəndələr Əlahiddə Ümumqoşun Ordunu ziyarət ediblər.

Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Türkiyəli nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi təhsilin cari vəziyyəti müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Post navigation

Previous: “Sərhədlərin delimitasiyası Alma-Ata Bəyannaməsinə uyğun getməlidir”
Next: “Rus qoşunları Xarkovda 10 kilometr irəliləməyi planlaşdırır”

Oxşar xəbərlər

ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.