Hikmət Hacıyev azad edilmiş ərazilərə səfər edən səyyahlarla görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq ziyarətçilərlə görüşüb.

Bu barədə Hikmət Hacıyev Tvitter hesabındakı paylaşımında qeyd edib.

“Azərbaycanı və Ermənistanın 30 illik dağıdıcı hərbi işğalından azad edilmiş əraziləri ziyarət edən 6-cı Beynəlxalq ziyarətçilər qrupu. Təbiətin gözəlliyi və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma işlərinin miqyası beynəlxalq ziyarətçiləri heyran edib ”, – Hikmət Hacıyev vurğulayıb.

Əvvəlki məqalə

Azərbaycan neftini ixrac edən Ceyhan terminalının işi dayandırılıb –

Sonrakı məqalə

Türkiyədə 7 günlük matəm elan edildi