Türkiyədə 7 günlük matəm elan edildi

Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi ilə əlaqədar qardaş ölkədə 7 günlük matəm elan olunub.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında paylaşım edib.

“2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü ilə qədər bütün ölkəmizdə və xarici nümayəndəliklərdə yarıya qədər endiriləcək”.- deyə qeyd olunub.

Əvvəlki məqalə

Hikmət Hacıyev azad edilmiş ərazilərə səfər edən səyyahlarla görüşüb

Sonrakı məqalə

Rusiya xilasediciləri Türkiyəyə yola düşüb