Hikmət Hacıyev İsrail səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

Bu barədə məlumatı səfir öz tviter hesabında paylaşıb.

Səfirin sözlərinə görə, görüş zamanı Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror hücumu ilə bağlı başsağlığı verib.

O qeyd edib ki, İsrail Azərbaycan xalqı ilə həmrəydir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.