Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Hikmət Hacıyev:

User 22 İyul 2026 - 12:11 (Last updated: 22 İyul 2026 - 12:11)
hikmet-h.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan mediasını təbrik edib.

Azpost.info xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən qoyulub və bu yol əsl vətənpərvərlik, dövlətçilik ideyalarına sədaqət və milli tərəqqi uğrunda mübarizənin parlaq nümunəsidir.

Prezidentin köməkçisi vurğulayıb ki, 1990-cı illərin ortalarından etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkədə söz və məlumat azadlığının, fikir plüralizminin təmin olunması ilə yanaşı, peşəkar və güclü medianın formalaşması üçün etibarlı zəmin yaradıb.

Onun sözlərinə görə, sonrakı dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan mediası müasir çağırışlara uyğun inkişaf edib və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib.

Hikmət Hacıyev qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası yüksək vətənpərvərlik və həmrəylik nümayiş etdirərək ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycana qarşı aparılan informasiya təxribatlarının ifşasında mühüm rol oynayıb.

O, Prezident İlham Əliyevin Azərbaycan mediası ilə bağlı fikirlərini də xatırladıb. Dövlət başçısının sözlərinə görə, Azərbaycan mediası artıq təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də böyük nüfuz qazanıb, dövlət maraqlarını müdafiə etməyə, əsassız ittihamları faktlar və ciddi təhlillərlə ifşa etməyə qadirdir.

Prezidentin köməkçisi bildirib ki, dünyada mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir vaxtda Azərbaycan müstəqil və prinsipial siyasət yürüdür, media isə öz fəaliyyətini yeni reallıqlara uyğunlaşdıraraq rəqəmsallaşma, süni intellekt və digər müasir texnologiyaların tətbiqi istiqamətində fəallıq nümayiş etdirir.

Hikmət Hacıyev əmin olduğunu bildirib ki, Azərbaycan mediası gələcəkdə də qlobal informasiya məkanında mövqelərini daha da möhkəmləndirəcək, milli maraqların qorunması, vətənpərvərlik və milli həmrəyliyin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Sonda Prezidentin köməkçisi Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edib, onlara möhkəm cansağlığı və peşə fəaliyyətlərində uğurlar arzulayıb.

AzPost.az

Post navigation

Previous: QHT Səfəvi tarixinə dair italyan dilində olan mənbənin tərcümə edir
Next: Gürcüstana yükdaşımalarda elektron icazə sistemi tətbiq edildi

Oxşar xəbərlər

suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07
ilon mask robot
  • Media

İlon Maskdan xəbərdarlıq – Süni intellekt bəşəriyyəti məhv edə bilərmi?

User 21 Oktyabr 2026 - 10:02
turk jurnalist
  • Media

Haqqında cinayət işi açılan türk köşə yazarı Azərbaycandan üzr istədi

User 16 Oktyabr 2026 - 20:44

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.