Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Husyevlə görüşüb.

Bu barədə Ukrayna səfiri “X” hesabında bildirib.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. 2025-ci ilin nəticələrini və 2026-cı ildə strateji tərəfdaşlığımızı gücləndirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq”, – Ukrayna səfiri qeyd edib

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.