Hikmət Hacıyev sabiq Baş prokurorun məqaləsini qərəzli adlandırıb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev MediaPart saytında yayımlanmış məqaləyə münasibət bildirib.

Hikmət Hacıyev Tvitter paylaşımında Vəkil Luis M.Okamponun “soyqırım” ittihamlarını ehtiva edən qərəzli anti-Azərbaycan hüquqi hesabat hazırladığını bildirib.

Hacıyev əlavə edib ki, Okampo Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi cənnətlərində bəzi şirkətləri idarə edirdi.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.