Hindistan Baş naziri gələn həftə Rusiyaya səfər edəcək

Hindistan Baş naziri Narendra Modi iyulun 8-9-da Rusiyaya səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda Rusiya-Hindistan münasibətlərinin gələcək inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional gündəlikdəki aktual məsələlər müzakirə olunacaq”, – mətbuat xidmətindən bildirilib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.