“Hindistan dollardan imtina etməyə başlayıb”- “Reuters”

Rusiyadan kömür alan Hindistan şirkətləri xammalın pulunu ödəyərkən dollardan imtina etməyə başlayıblar.

Azpost.info xəbər verir ki, bu yolla onlar ABŞ-ın sanksiyaları altına düşmə risklərini azaltmağa çalışırlar.

“Reuters” gömrük sənədlərinin məlumatlarına istinadən xəbər verir ki, Hindistanda təchizatçılarla hesablaşmalar üçün əsasən yuan və dirhəmdən istifadə edirlər.

İyun ayında hindistanlı idxalçılar ən azı 742 min ton Rusiya kömürünü dollara alternativ valyuta ilə ödəyiblər. Belə həcmlər Rusiyadan idxal edilən 1,7 milyon ton kömürün 44 faizini təşkil edir.

Son həftələrdə Hindistanda kömür üçün dollar əvəzinə Çin yuanı, BƏƏ dirhəmləri, Honq-Konq dollarları və avrolar daha çox istifadə olunub. Qeyri-dollar ödənişlərinin 31 faizi Çin valyutası, 28 faizi isə Honq-Konq dollarının payına düşüb.

Agentliyin məlumatına görə, çatdırılmaların dörddə birindən az hissəsi avro, təxminən altıda biri isə dirhəmlə ödənilib. Eyni zamanda treyderlər qeyd edirlər ki, ABŞ valyutası Hindistanda mal idxalı üçün əsas valyuta olaraq qalır.

Azpost.info

Əvvəlki məqalə

“Aztelekom” internetin qiymətini bahalaşdırıb

Sonrakı məqalə

“Anamı məsxərəyə qoymusunuz, belə şeylər bağışlanmır!”