“Anamı məsxərəyə qoymusunuz, belə şeylər bağışlanmır!”- Keçmiş prezident Dodon

Moldovanın keçmiş prezidenti İqor Dodon ölkənin hazırkı lideri Maya Sandunu anası Qalina Dodona qarşı zorakılıqlara şərait yaratmaqda ittiham edib.

Azpost.info xəbər verir ki, Dodon bildirib ki, belə şeylər bağışlanmır və unudulmur.

“Niyə Moldova ədliyyə naziri Serciu Litvinenko və onun cib prokurorları kimi insanlara hüquqi institutlar daxilində aqressiv və linç məhkəmələri qurmağa icazə verirsiniz? Maya Sandu, sənin anan var? Maya Sandu, sənin ürəyin var? Normal olmayan şəxslərin insanları incitməsinə, keçmiş dövlət başçısının anasının “qara pullarla” yaşayan hansısa əxlaqı çirkin tərəfindən ictimaiyyət qarşısında alçaldılmasına və məsxərəyə qoyulmasına niyə icazə verirsən? Mən hökumətin azacıq da olsa sağlam düşüncəyə malik olan digər üzvlərinə də müraciət edirəm – siz fanatiklərin və dəlilərin, anamı sərt hücumlar zamanı çarəsizcə kənarda dayanmağa məcbur edən belə mənəviyyatsızların dəstəyinə arxalanmısınız? Ümidsizlik və nifrətin bu səviyyəsinə çatmısınız?”, – Dodon deyib.

Qeyd edək ki, internetdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bir qrup şəxsin Qalina Dodonu təhqir etdiyinə dair video yayılıb.

Mayın 24-də Moldovanın antikorrupsiya idarəsi ölkənin keçmiş prezidenti İqor Dodonu saxlayıb. O, dövlətə xəyanətdə və korrupsiyada şübhəli bilinir. Mayın 26-da məhkəmə Dodonu 30 sutka ev dustaqlığına göndərib, daha sonra həbs müddətini yenidən uzadıb.

Azpost.info

Əvvəlki məqalə

“Hindistan dollardan imtina etməyə başlayıb”

Sonrakı məqalə

Hindistanın kino aktyorları Bakıya gəlib