“Hindistan geri çəkilsə əməliyyat dayandırılacaq” –Pakistanın müdafiə naziri

Pakistan “Sindoor” hərbi əməliyyatını və digər aqressiv hərəkətləri dayandıracağı təqdirdə Hindistanla münaqişədə gərginliyi artırmayacaq.

AzPost bildirir ki, bu barədə Pakistanın müdafiə naziri Asif bu barədə Bloomberg -ə müsahibəsində bildirib.
“Biz bütün bu müddət ərzində deyirdik ki, Hindistana qarşı heç bir şey etməyəcəyik. …Hindistan geri çəkilsə, biz mütləq hərbi əməliyyatlarımızı məhdudlaşdıracağıq. Amma nə qədər ki, bizə hücum edilirsə, cavab verməli olacağıq, özümüzü müdafiə etməliyik”, – Asif bildirib.

Aparıcının bir sıra qarşılıqlı hücumlardan sonra danışıqların mümkünlüyü barədə sualına nazir “belə təmaslardan xəbəri olmadığını” cavablandırıb.

Pakistanın İnformasiya və Yayım naziri Attaullah Tarar Hindistan ordusunun Kəşmirdə Nəzarət Xəttindəki Chora kompleksi də daxil olmaqla bir neçə bölgədə ağ bayraq qaldırdığını bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.