Hindistan hökuməti Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən narahatlığını bildirib və münaqişə tərəflərini dialoq yoluna qayıtmağa çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz Yaxın Şərqdə artan gərginlik və bunun regionda və ondan kənarda sülh və sabitliyə təsirlərindən dərin narahatıq. Davam edən hərbi əməliyyatlar heç kimə sərf etmir və mülki əhali əziyyət çəkməkdə davam edir. Bir daha bütün tərəfləri təmkinli olmağa, dialoq və diplomatiya yoluna qayıtmağa çağırırıq”, – XİN bildirib.
Azpost.info