Hindistan yerli istehsal çipi buraxacaq

Hindistan
Hindistan

Hindistan 2025-ci ildə ilk yerli istehsal olunan yarımkeçirici çipi buraxacaq.

Bu barədə Hindistanın elektronika və informasiya texnologiyaları naziri Aşvini Vaişnav açıqlama verib.

Nazirin sözlərinə görə, Hindistan artıq yarımkeçirici çiplərin istehsalına başlayır və bu sahədə mühüm addımlar atılıb:

“Artıq altı yarımkeçirici fabrikin tikintisi təsdiqlənib və bu müəssisələrin inşası davam edir. Hindistanda istehsal olunan ilk çip 2025-ci ildə buraxılacaq”.

Vaişnav həmçinin əlavə edib ki, Hindistan qlobal yarımkeçirici bazarında əhəmiyyətli yer tutmağa hazırlaşır və bu sahədə ciddi potensiala malikdir.

Mənbə: TREND

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.