Hindistanda xəstəxanada baş verən yanğında yeni doğulmuş 10 körpə həlak olub

Hindistanın Maharaştra ştatında xəstəxanalardan birində baş verən yanğın nəticəsində ən azı 10 körpə həlak olub.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 2 radələrində Bhandara rayonu mərkəzi xəstəxanasının yeni doğulmuş xəstə körpələrin müalicə aldığı bölmədə baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 7 körpəni xilas edə biliblər.

İlkin ehtimala əsasən, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Demokratlar yanvarın 11-də Trampın impiçmenti üçün sənəd təqdim etməyi planlaşdırırr

Sonrakı məqalə

Ramiz Mehdiyev AMEA-nın Fizika İnstitutunun rəhbərliyini işdən azad etdi –