Hipermarketə hücum zamanı güllə yarası alan şəxsin vəziyyəti qənaətbəxşdir

Bakıda hipermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.

APA xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.