Hitlerin nə qədər var- dövləti olub? –Fürerin bacılarına çatmayan mirası

Faşizmin ideoloqu Adolf Hitler  varlı olubmu? Onun var-dövləti kimə miras qalıb?

Azpost.info  germania.one-ya istinadən bildirir ki, Hitlerin o zamankı alman cəmiyyəti üçün asketik, aza qane olan imici yaradılsa da əslində Fürer varlı olub və cah-cəlalı çox sevib.

Hitlerin ölümündən sonra onun 1945-ci ildə Berxtensqaden rayonundakı bankda olan hesabında 91 min 699 reyxsmarka, Frans Er nəşriyyatında isə 7 milyon reyxsmarka  pulu qalmışdı. Bununla yanaşı Hitlerin mülkləri və incəsənət əsərlərindən ibarət böyük kolleksiyası olub.

Hitler bu mal-dövləti tərdicən və müxtəlif yollarla əldə edib.  Məsələn, iqtisadi böhran illərində partiyaya verilən ianələri mənimsəmişdi. Fürer heç vaxt vergi vermirdi. Onun reyxskansler kimi illik gəliri isə 60 min reyxsmarka idi.  1934-cü ilə qədər onun dövlətə 405 min reyxsmarka  borcu vardı və bu heç vaxt ödənilmədi.

Hitlerin “Mənim mübarizəm” kitabı da ona pis qazanc gətirməmişdi.  1945-ci ildə bu kitab 9 milyon nüsxədə çap olunmuşdu. Özünü öldürməzdən əvvəl Hitler bütün əmlakını partiyaya, incəsənət kolleksiyasını isə Lins şəhərinə vəsiyyət edib. Övladları olmadığından, arvadı Yeva Braun da intihar etdiyi üçün Hitlerin birbaşa varisləri qalmayıb.

Hitleri rəsmən 1956-cı ilin 25 oktyabrında ölmüş elan etdilər. Elə o vaxt da onun iki bacısının mirasa  varisi olması barədə məsələ qaldırılsa da bu əmlak bacılarına verilmədi. Hitlerin və onun varlı tərəfdarlarının əmlakının böyük hissəsi nasizm qurbanlarına verilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir