Hitlerə qarşı döyüşmüş məşhur fransız müğənnisi vəfat edib

Fransız müğənni Jülyett Qreko 94 yaşında vəfat edib.

 “Arqumentı i faktı” qəzetinin verdiyi xəbərə görə, aktrisa Fransanın cənubundakı Ramatüel şəhərində, yaxınlarının yanında dünyasını dəyişib.

O, İkinci Dünya müharibəsi vaxtı Fransa müqavimət hərəkatına qoşularaq həbs edilib. Müğənni müharibədən sonra Fransanın ən parlaq ulduzlarından birinə çevrilib.

O, “Tom dayının daxması”, “Orfey”, “Generalların gecəsi” kimi filmlərdə çəkilib. Aktrisa Jan Kokto, İnqrid Berman, Orson Uels kimi rejissorlarla əməkdaşlıq edib.

Həmişə qara geyinən aktrisa Alber Kamyu və Jan Pol Sart kimi yazıçı-filosoflarların da ilham mənbəyinə çevrilib.

Jülyett Qreko 89 yaşına qədər səhnəyə çıxıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir