“Hizbullah” İsrail ordusunun mövqelərinə hucum edib

Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Fələstin müqavimət qüvvələri ilə həmrəy olaraq bir qrup döyüşçümüz bu səhər işğal olunmuş Livanın Şebaa fermaları yaxınlığında sionist ordusunun üç mövqeyinə hücum edib” – bəyanatda deyilir.

Qrup nümayəndələri bəyan edib ki, onlar İsrail ordusunun radar stansiyasını  vura biliblər.

Bundan əvvəl İsrail ordusu atəşə cavab olaraq Livanda bölgəyə zərbələr endirməyə başlayıb. Hizbullah Qəzza zolağında quru əməliyyatı olacağı təqdirdə İsrailə hücum etməyə hazır olduğunu bəyan edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.