Hoakim Löv “Fənərbağça”nın təklifini rədd edib

26 May 2021 - 09:39

Türkiyənin “Fənərbağça” klubu baş məşqçi axtarışlarını davam etdirir.

“Haber Global”ın məlumatına görə, idman jurnalisti Fatih Demirkol “Kontra Ekstra” proqramında maraqlı açıqlama verib. O, bildirib ki, Super Liqa klubu AVRO-2020 sonrası öz postundan ayrılacaq Almaniya millisinin çalışdırıcısı Hoakim Lövə təklif göndərib. Alman mütəxəssis isə bir qədər istirahət etmək istədiyini bildirərək, “Fənər”in təklifini rədd edib.

Bunun ardından “sarı lacivərdlilərin” diqqəti Macarıstan “Ferensvaroş”unu çalışdıran Sergey Rebrova yönəlib. Ukraynalı baş məşqçinin Türkiyə klubuna gətiriləcəyi təqdirdə, Əmrə Belözoğlunun yenidən idman direktoru postuna qayıdacağı bildirlib.