Hökümənin həyat yoldaşı: “Gələcək üçün planlarımız var idi”- VİDEO

Dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan təyyarə bələdçisi Hökümə Əliyevanın həyat yoldaşı dəfn mərasimində jurnalistlərə açıqlama verib.

O, çıxışı zamanı “Can deyib, can eşidirdik, gələcək üçün planlarımız var idi. Şərəfli ölüm qismət oldu. Allah hər birimizə Vətən uğrunda, dövlət uğrunda şəhid olmağı qismət eləsin” sözlərini dilə gətirib.

Xatırladaq ki, Hökümə Əliyeva bu gün II Fəxri Xiyabanda dəfn edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.