Hollandiyadan zəng, “viza” düzəldən, “Lalafo”da palma ağacı “alan”-Kartlardan 30 min manat oğurlanıb

Bank kartları ilə bağlı problemlər artır
Bank kartları ilə bağlı problemlər artır
Aprelin 30-da vətəndaşların bank kartlarından 30716 manat talayıblar.
AzPost bildirir ki, bu barədə DİN mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev  məlumat yayıb.
Müxtəlif kiber üsulla 13665, 5000, 3000, 2498, 1800, 1440, 1000, 999, 500, 350, 224, 98, 72, 70 manat pul vəsaitləri vətəndaşların bank kartlarından oğurlanıb.
Onun sözlrinə görə, internetdə ehtiyatsızlıq zərər vurur. Çünki şəxsi məlumatların ələ keçirilməsi kiber cinayətlərin törədilməsinə zəmin yaradır: “Məsələn, vətəndaş “Lalafo” satış saytında palma ağaclarını satışa qoyub. Rusiya nömrəsindən vatsapla zəng olub. Beh ödənişinə görə kart məlumatları öyrənildikdən sonra kredit formasında 13665 manat çıxarılıb.
Başqa biri viza almaq məqsədilə “Instagram”da olan saxta səhifələrdən birinə yazır. Ona cavab gəlir ki, bank hesabınızda olan vəsaiti təsdiq üçün yoxlamalıyıq, məlumatları təqdim edin.
Bakıda olan vətəndaş Hollandiyadan gələn vatsap zəngi ilə danışığı davam etdirir və bank kartının məxfi məlumatlarını ona göndərən kimi hesabından 3000 manat oğurlanıb”.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.