Hollivud ulduzu Lindsi Lohan ərəb maliyyəçisinə ərə gedir –FOTO

35 yaşlı amerikalı aktrisa, müğənni, model və geyim dizayneri Lindsi Lohan 34 yaşlı ərəb maliyyəçi, Dubay rezidenti Bader Şammasla nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib.

Lohan gələcək həyat yoldaşı ilə paylaşdığı fotolarına “Mənim sevgim. Mənim həyatım. Mənim ailəm. Mənim gələcəyim” şərhini verib.

Fotolarda, həmçinin Hollivud ulduzunun nişan üzüyü diqqət çəkib. “The Sun” nəşrinin məlumatına görə, zinyət əşyasının qiyməti 200 000 ABŞ dolları (340.000 AZN) məbləğində dəyərləndirilir.

Qeyd edək ki, cütlüyün münasibəti iki ildən çoxdur davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir