Bu “Honda” modellərində əyləc qəzaya səbəb olurmuş- ARAŞDIRMA

Honda
Honda

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi açıqlayıb ki, təxminən 300 minə yaxın “Honda” modeli ilə bağlı araşdırma aparılır.

AzPost xəbər verir ki, buna səbəb avtomobillərin təcili əyləc sistemlərində olan nasazlıq səbəbindən qəzalar və xəsarətlərin artması ilə bağlı məlumatlardır.  Belı ki, bu avtomobillərdə avtomatik təcili əyləc sistemi qəfil işə düşür ki, bu da sürətli yavaşlama səbəbindən toqquşma riskini artırır.

ABŞ avtomobil təhlükəsizliyi tənzimləyicisinə görə problem 2019-2022-ci il “Insight” hibrid elektrik avtomobili və “Honda Passport SUV” modellərinə aiddir.

Agentliyin hesabatında qeyd olunur ki, Qüsurların Araşdırılması İdarəsinə 106 şikayət daxil olub ki, bunlar arasında üç qəza və iki yaralanma barədə məlumat var.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.