“Hörmüz boğazı 48 saata açılmasa, enerji obyektlərinə zərbə endirəcəyik” –Tramp hədələdi

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazı 48 saat ərzində gəmiçilik üçün tam açılmazsa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək.

O, bu barədə “Truth Social” hesabında yazıb: “Əgər İran Hörmüz boğazını 48 saat ərzində tam və təhlükəsiz şəkildə açmasa, ABŞ ən böyüyündən başlayaraq müxtəlif elektrik stansiyalarına zərbə endirəcək və onları məhv edəcək”.

Bundan əvvəl, martın 11-də İran Silahlı Qüvvələrinin rəsmisi bildirmişdi ki, İran bu strateji marşrutdan ABŞ və müttəfiqləri ilə əlaqəli yanacaq daşımalarına icazə verməyəcək.

Martın 15-də isə rəsmi Tehran Hörmüz boğazında gəmiçilik üzərində nəzarət tədbirləri daxil olmaqla, bütün vasitələrdən istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.