“Hörmüz boğazı düşmənlərimizə və onların müttəfiqlərinə məxsus tankerlər və gəmilər istisna olmaqla, hər kəs üçün açıqdır“.
Azpost.info bildirir ki, bu barədə İranın XİN başçısı Əraqçi MSN telekanalına müsahibəsind deyib.
Nazir deyib ki, bir çox ölkələr təhlükəsizlik səbəbi ilə Hörmüz boğazından keçməməyi üstün tuturlar: “Amma bunun bizimlə heç bir əlaqəsi yoxdur. Bir çox tanker və gəmi oradan keçir və boğaz bağlanmayıb. Yalnız Amerika və İsrail gəmiləri və tankerləri üçün bağlıdır”.