“Hörmüzü minalayan gəmiləri məhv edin!”- Tramp əmr verdi

ABŞ Hərbi Dəniz Qüvvələrinə əmr vermişəm ki, Hörmüz boğazı sularında mina yerləşdirən istənilən qayığı nə qədər kiçik olursa-olsun, vurub məhv etsinlər.

Bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” hesabında yazıb.

Tramp İranın 159 hərbi gəmisinin artıq dənizin dibində olduğunu bildirib.

ABŞ lideri bu əmri yerinə yetirməkdə heç bir tərəddüd edilməməsini tələb edib. O, boğazın minalardan təmizlənməsini sürətləndirməyə göstəriş verib: “Bundan əlavə, bizim minatəmizləyən gəmilərimiz hazırda boğazı təmizləyir. Bu fəaliyyətin davam etdirilməsini, lakin üç qat artırılmış səviyyədə həyata keçirilməsini əmr edirəm!”

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.