Hotelləri boş və pulsuz qalan rayonlar hansıdır?- SİYAHI

Bi ilin birinci rübündə Azərbaycan hotellərinin gəlirləri 128,7 milyon manat olmaqla illik 3,5 milyon manat və ya 2,9% artım göstərib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə bəzi rayonlardakı və şəhərlərdəki hotellər gəlir əldə etməyə başlayıb. Belə ki, Xankəndə şəhərindəki hotellər bu ilin birinci rübündə 569,2 min manat gəlirlə işləyib.

 

Bundan başqa Yevlaxdakı hotellər 48,7 min manat, Kəlbəcərdəki hotellər 6,7 min manat, Ağdərədəki hotellər 2,5 min manat, Füzulidəki hotellər 100 manat gəlir əldə edib. 2025-ci ilin birinci rübündə bu hotellərin gəlirləri olmayıb.

Oğuz rayonundakı hotellər isə bu ilin birinci rübündə gəlirsiz işləyib. Belə ki, buradakı hotellər ötən ilin birinci rübündə 1,8 min manat gəlir qazanmışdı.

Bu ilin birinci rübündə Azərbaycanın 11 rayonunda yerləşən hotellər pul qazana bilməyib.

Hotelləri pul qazana bilməyən rayonlar və şəhərlər daha ətraflı:

S/N Rayon/Şəhər  Hotellərin gəliri  yanvar-mart, 2025
(min manat)
Hotellərin gəliri  yanvar-mart, 2026
(min manat)
1 Xankəndi şəhəri 569,2
2 Yevlax rayonu 48,7
3 Kəlbəcər rayonu 6,7
4 Ağdərə rayonu 2,5
5 Füzuli rayonu 0,1
6 Oğuz rayonu 1,8
7 Qobustan rayonu
8 Samux rayonu
9 Xocalı rayonu
10 Xocavənd rayonu
11 Siyəzən rayonu
12 Lerik rayonu
13 Ucar rayonu
14 Cəbrayıl rayonu
15 Qubadlı rayonu
16 Zəngilan rayonu
17 Hacıqabul rayonu

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.