Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Hovuzlarda hansı infeksiyalarla qarşılaşmaq mümkündür?

Orkhan Ali 09 Dekabr 2025 - 09:10 (Last updated: 09 Dekabr 2025 - 07:12)
2

Üzgüçülük sağlamlıq üçün faydalı olsa da, hovuzların düzgün gigiyena qaydalarına əməl edilmədiyi halda müxtəlif infeksiyalar üçün mənbəyə çevrilə bilər. AzPost xəbər verir ki, bu barədə NEWS.ru-ya açıqlamasında həkim-terapevt Yelena Pavlova danışıb.

Mütəxəssisin sözlərinə görə, əsas risk suyun lazımi dərəcədə dezinfeksiya olunmaması ilə bağlıdır. Xlorun az olması, rütubət və ziyarətçilər arasında şəxsi gigiyenaya əməl edilməməsi xəstəliklərin yayılmasına şərait yaradır. Həkim bildirir ki, belə hallarda insanlar aşağıdakı infeksiyalara yoluxa bilərlər:

  • dəri infeksiyaları – xüsusilə qızartı və qaşınma ilə özünü göstərən follikulit;

  • bağırsaq infeksiyaları – ləmblia, eyni zamanda Escherichia coli kimi bakteriyaların suya düşməsi nəticəsində yaranan xəstəliklər;

  • göbələk xəstəlikləri – ayaq altı və dırnaq göbələyi nəm səthlərdə uzun müddət qala bilər;

  • HPV mənşəli ziyillər – daha çox hovuz ərazisində çılpaq ayaqla gəzənlərdə rast gəlinir.

Pavlova həmçinin vurğulayıb ki, xlorun tər və sidiklə reaksiyaya girməsi göz və dəridə qıcıqlanma yarada bilər. Gözlərin qızarması suyun kifayət qədər təmizlənmədiyinin göstəricisidir.

İnfeksiyalardan qorunmaq üçün həkim aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

  • hovuzdan əvvəl mütləq sabunla duş qəbul etmək;

  • suya yalnız xüsusi geyim – çimərlik kostyumu, üzgüçülük papağı və eynəyi ilə girmək;

  • suyu qətiyyən udmamaq, əlləri ağıza aparmamaq;

  • hovuz ərazisində ayaqyalın gəzməmək;

  • çıxışdan sonra yenidən duş qəbul edib bədəni yaxşı qurulamaq.

Mütəxəssis qeyd edib ki, sadə gigiyena qaydaları və diqqət insanı hovuzdan rahat şəkildə yararlanmağa imkan verir.

AzPost.az

Post navigation

Previous: Tarixdə bu gün — 9 dekabr
Next: Psixoloq: “Heç vaxt mübahisə etməyən cütlüklərdə gizli təhlükə var”

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.